AZ

“Quska”nın anası Prezidentə müraciət edib - Bu yaşlı vaxtımda həbsxana və məhkəmə qapılarından məni xilas edin

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan sabiq deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva oğlunun səhhətindəki durumla bağlı ölkə başçısı İlham Əliyevə müraciət edib.Gununsesi.info-nun xəbərinə görə, müraciətdə deyilir:Hörmətli cənab Prezident!Mən Abdullayevə Zeynəb , keçmiş millət vəkili Hüseyn Abdullayevin (Quska) anası olaraq Sizə müraciət edərək, bildirmək istəyirəm ki, oğlum Hüseyn Abdullayevin səhhətində ciddi problemlər baş qaldırmışdır.Həbsxana şəraitində onun müalicə və müayinə olunmasında şərait yoxdur. Hər keçən gün səhhətindəki problemlər artmaqda davam edir.Əgər bir müddət daha həbsxanada qalarsa səhhətində ciddi fəsadlar baş verə bilər və mən oğlumu itirmək təhlükəsi ilə üz üzə qala bilərəm.Siz də bir valideyinsiniz yəqin ki, mənim acılarımı, həyacan və stressimi daha gözəl anlayarsınız.Oğlumun Sizə və mərhum, ümumilli liderimizə olan sədaqətindən uzun uzadı bəhs etmək istəmirəm. Bunu Siz məndən daha yaxşı bilirsiniz.Ən böyük yaramız olan Qarabağı tam olaraq Azərbaycanımıza qovuşdurub, dünya azərbaycanlılarının şəksiz lideri olduğunu isbat etmisiniz. Ölkəmizdə milli birlik və həmrəylik hökm sürür . Oğlumun həbsdən azad olunması Sizin humanizmliyinizin və milli birliyə doğru addım atdığınızı bir daha nümayiş etdirmiş olar və bu Sizin sadəcə bir qərarınızdan, tövsiyyənizdən aslıdır.Bu yaşlı vaxtımda həbsxana və məhkəmə qapılarından məni xilas edin və sizdən artıq dərəcədə xahiş edirəm ki, oğlumun azad olunması üçün müvafiq strukturlara öz göstərişinizi verəsiniz.Hörmətlə,Zeynəb Abdullayeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
10
dia-az.info

9Mənbələr