AZ

Məşhur reper saxlanıldı

Amerikalı məşhur reper Lil Beybi qanunsuz silah saxlamaqda şübhəli bilinərək Las-Veqasda saxlanılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "İndependent" məlumat yayıb.

Musiqiçi avqustun 25-dən 26-na keçən gecə saxlanılıb. Onun vəkilləri hazırda müvəkkilinin niyə həbs edildiyini aktiv şəkildə araşdırırlar. Hüquqşünasların sözlərinə görə, reperin silah daşımasına icazəsi var. 

Lil Beybi hələ rəsmi olaraq cinayətdə ittiham olunmayıb. Məhkəmə protokollarına əsasən, reper girov ödədikdən sonra sərbəst buraxılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
10
milli.az

10Mənbələr