İngiltərənin paytaxtı Londonda çoxmərtəbəli binada güclü yanğın baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxtın şərqindəki Dagenham rayonunda yerləşən binada naməlum səbəbdən yanğın başlayıb.
Əraziyə 200-dən çox yanğınsöndürən cəlb olunub.
100-dən çox bina sakini təxliyə edilib.
Tüstüdən zəhərlənən 2 nəfər xəstəxanaya aparılıb.
Sözügedən binada yanğın təhlükəsizlik qaydlarının pozulduğu iddia edilir.
Şəbnəm Mehdizadə