AZ

HƏMAS İsrailə raket zərbələri endirdi

HƏMAS İsrailin paytaxtı Təl-Əvivə raket atdığını açıqlayıb. Bildirilib ki, raket Rişon LeTsiyon şəhərində açıq əraziyə düşüb.

Turkustan.az xəbər verir ki, HƏMAS İsrailin dinc əhaliyə qarşı törətdiyi qırğınlara cavab olaraq Tel-Əvivə M90 raketi atdığını açıqlayıb.

İsrail Müdafiə Qüvvələri ölkənin mərkəzindəki Rişon LeTsiyon şəhərində sirenlərin səsləndiyini də açıqlayıb.

İsrail raketin Qəzzanın cənubundakı Xan Yunus bölgəsindən atıldığını bildirib.

Rişon LeTsiyonda açıq əraziyə düşdüyü bildirilən raket nəticəsində xəsarət alan olmayıb.”

HƏMAS-dan verilən başqa bir yazılı açıqlamada Qəzza şəhərinin cənubundakı Zeytun rayonunda Qəssam Briqadaları ilə İsrail əsgərləri arasında qarşıdurmaların olduğu bildirilib.

HƏMAS-ın snayper və mina hücumları nəticəsində İsrail ordusunun sıralarında ölən və yaralananların olduğu qeyd edilib.

İsrail ordusuna məxsus helikopterin ölən və yaralı əsgərləri çıxarmaq üçün bölgəyə eniş etdiyi bildirilib.

Bəyanatda həmçinin, HƏMAS-ın Qəzza şəhərinin Tel əl-Hava məhəlləsindəki kollec ətrafında bir İsrail əsgərini snayperlə vurduğu bildirilib.

İsrail ordusundan verilən açıqlamada Qəzza zolağının mərkəzi hissəsində baş verən qarşıdurmalarda 9207-ci briqadadan olan ehtiyatda olan 36 yaşlı zabit Şlomo Yehonatan Hazutun həlak olduğu bildirilib.

İsrail ordusunun Qəzza zolağına hücumlarının başladığı 7 oktyabr 2023-cü ildən bu yana şəhid olan İsrail əsgərlərinin sayı 338-i quru işğal prosesində olmaqla 702-yə yüksəlib.

Ordunun məlumatlarına görə, oktyabrın 7-dən bu yana yaralanan əsgərlərin sayı 4 min 387-yə çatıb ki, bunun da 2 min 254-ü Qəzza zolağına qurudan edilən hücumlar olub.

İsrail ordusu oktyabrın 7-dən bəri ölən və yaralananların sayı ilə bağlı həqiqi məlumatları gizlətdiyi üçün tənqid edilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
50
turkustan.az

10Mənbələr