AZ

“Mühakimə olunacaqlar!”

ABŞ prezidentliyinə Respublikaçı namizəd Tramp özünün “Truth Social” adlı sosial media platformasında 2020-ci il prezident seçkiləri zamanı saxtakarlıqda günahlandırdığı şəxslə haqqında yazı paylaşıb.

Keçmiş prezident iddia edib ki, 2020-ci il seçkilərində saxtakarlıq edən şəxslər mühakimə olunacaq.

“Mən qalib gəldiyim zaman fırıldaq edən bu şəxslər, bu ədalətsizliyin bir daha baş verməməsi üçün uzun həbs cəzaları da daxil olmaqla, qanun çərçivəsində ən yüksək səviyyədə mühakimə olunacaqlar”, – Tramp yazıb.

Bu şəxslərin arasında “vəkillər, donorlar, qeyri-qanuni seçicilər və seçki rəsmiləri” olduğunu qeyd edən Tramp noyabrın 5-də keçiriləcək prezident seçkilərinin ətraflı şəkildə araşdırılacağı mesajını verib.

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp 2020-ci il seçkilərində 2016-cı illə müqayisədə daha çox səs topladıqlarını, lakin ona qarşı saxtakarlıqdan istifadə edildiyini iddia edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
2
vaxt.az

10Mənbələr