AZ

HƏMAS Qəzzada girovlar üçün xoşmjest elan edəcək

Fələstin HƏMAS hərəkatı "xoşməram jesti" olaraq Qızıl Xaç nümayəndələrinə girovları ziyarət etməyə icazə verə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Almaniyanın "Bild" qəzeti sənədə istinadən yazır.

Nəşr iddia edir ki, əlində hərəkatın yeni lideri Yəhya Sinvara aid ola biləcək bir sənəd var. Sənəddə HƏMAS-ın atəşkəs danışıqları üzrə strategiyası öz əksini tapıb.

Bundan əlavə, Həmas İsrail hökumətinə təzyiqi artırmaq istəyir və ərəb hərbi qüvvələrinin İsrailin şərq və şimal sərhədlərində yerləşdirilməsini istəyir. Sənəddə belə bir həllin HƏMAS müharibə başa çatdıqdan sonra öz sıralarını və hərbi imkanlarını yenidən təşkil edə bilməyincə, düşmənin Qəzzanı işğal etməsinin qarşısını almaq üçün bufer rolunu oynaya biləcəyini təklif edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
14
operativmm.az

10Mənbələr