Haniyənin qisası ilə bağlı yaxşı xəbər... - İran generalı
İsmayıl Haniyənin intiqamı ilə bağlı yaxşı xəbər eşidəcəksiniz.BUTA.TV xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri, general-mayor Hüseyn Salami deyib. Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə 31 iyulda Tehranda qaldığı evdə raket zərbəsi nəticəsində öldürülüb. İran İsraildən bunun qisasını alacağını elan edib.