AZ

“İsrail Yaxın Şərqdə genişmiqyaslı müharibədə maraqlı olan yeganə ölkədir” Lavrov:

Rusiyanın xarici işlər naziri Lavrov İsraili Yaxın Şərqdə genişmiqyaslı müharibədə maraqlı olan yeganə ölkə hesab edir.
Bu barədə o, RT-yə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, yəhudi dövləti yəqin ki, mövcud vəziyyətdən istifadə edərək HƏMAS, Hizbullah, İraq və Suriyadakı iranpərəst qruplar, eləcə də İranın özü ilə “problemləri birdəfəlik həll etmək” istəyir.

“İran qəti şəkildə təxribatlara boyun əymək istəmir, hər hansı genişmiqyaslı hərbi əməliyyatlara cəlb olunmaq istəmir, lakin onlar bunu təhrik etməyə çalışırlar”, - Lavrov HƏMAS Siyasi Bürosunun rəhbəri Həniyənin məhvini misal çəkərək vurğulayıb.

Bizim.Media

Mənbə: bizim.media

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
30
bizim.media

10Mənbələr