AZ

Lavrov: “İsrail Yaxın Şərqdə genişmiqyaslı müharibədə maraqlı olan yeganə ölkədir”

Rusiyanın xarici işlər naziri Lavrov İsraili Yaxın Şərqdə genişmiqyaslı müharibədə maraqlı olan yeganə ölkə hesab edir. 

Bizim.Media xəbər verir ki, bu barədə o, RT-yə müsahibəsində bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Lavrov: “Kuska hücumu təşkil edən Qərb rəsmilərinin “çox mükəmməl çalışan” beyinləri var” - VİDEO


Nazirin sözlərinə görə, yəhudi dövləti yəqin ki, mövcud vəziyyətdən istifadə edərək HƏMAS, Hizbullah, İraq və Suriyadakı iranpərəst qruplar, eləcə də İranın özü ilə “problemləri birdəfəlik həll etmək” istəyir.

“İran qəti şəkildə təxribatlara boyun əymək istəmir, hər hansı genişmiqyaslı hərbi əməliyyatlara cəlb olunmaq istəmir, lakin onlar bunu təhrik etməyə çalışırlar”, - Lavrov HƏMAS Siyasi Bürosunun rəhbəri Həniyənin məhvini misal çəkərək vurğulayıb. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
50
bizim.media

10Mənbələr