Demokrat.az yerli mətbuata istinadən xəbər verir ki, İsrail ərazisinə doğru 150-yə yaxın raket və pilotsuz uçuş aparatı atılıb.
Hücum iyulun sonunda Beyrutda Hizbullahın hərbi komandiri Fuad Şükrünün öldürməsinə cavab olaraq həyata keçirilib.
İsrail hücumdan bir müddət əvvəl Livana qabaqlayıcı zərbə endirib. İsrail ordusu Hizbullah tərəfindən "geniş miqyaslı hücum" üçün hazırlıqlar aşkarladığını bildirib. *Əl-Mayadeen" telekanalının məlumatına görə, İsrailin zərbələri təxminən 20 dəqiqə davam edib. Təl-Əvivdəki Ben Qurion hava limanı bir neçə saat bağlanıb.
"Ynet" portalının məlumatına görə, Livan ərazisindən ümumilikdə 150-yə yaxın mərmi atılıb. Onların bəziləri hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. İsrail mediasının məlumatına görə, azı bir nəfər yaralanıb.
İsrailin müdafiə naziri Yoav Qalant ölkədə iki günlük fövqəladə vəziyyətin tətbiq edildiyini açıqlayıb. Bu vəziyyət hərbçilərə məhdudiyyətlər tətbiq etməyə imkan verir.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Mənbələr
-
musavat.comYəməndən İsrailə raket atıldı, amma... - VİDEO ( 10953463)
-
regionxeberlericom.azHizbullah İsraili bombaladı - Bir gecəyə 55 RAKET ( 10931734)
-
yenisabah.azHizbullah İsraili bombaladı - Bir gecəyə 55 RAKET ( 10931341)
-
musavat.comHizbullah İsraili bombaladı- Bir gecəyə 55 RAKET ( 10930660)
-
gundem.az"Hizbullah" İsrailə 20-dən çox raket atıb, bir neçə binayaziyan dəydi ( 10895857)
-
azpolitika.info"Hizbullah" İsrailə 20-dən çox raket atıb ( 10892347)
-
sfera.az"Hizbullah" İsrailə 20-dən çox raket atıb, bir neçə binaya ziyan dəydi ( 10891372)
-
xalqcebhesi.az"Hizbullah" İsrailə 20-dən çox raket atıb, bir neçə binaya ziyan dəyib ( 10890670)
-
cebheinfo.az"Hizbullah" İsrailə 20-dən çox raket atıb ( 10890634)
-
leqal.info"Hizbullah" İsrailə 20-dən artıq raket atıb, bir neçə binaya ziyan dəyib ( 10889899)