AZ

"Hizbullah" İsrailə 20-dən çox raket atıb, bir neçə binaya ziyan dəydi

Ötən gecə Livandan İsrailin Safed bölgəsi istiqamətində 20-dən çox raket atılıb.

 

Sfera.az-ın “Times of Israel”ə istinadən xəbərinə görə, bu barədə İsrail ordusunun mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, xəsarət alan olmasa da bir neçə binaya ziyan dəyib.

 

Bu arada, İsrail əsgərləri gecə saatlarında qanunsuz olaraq Qəzza bölgəsinə daxil olmaq istəyən iki nəfəri saxlayıb.

 

Araşdırma zamanı onların yəhudi əsilli olduğu ortaya çıxıb. Görülən tədbirlər nəticəsində bu şəxslər geri qaytarılıb.

 

Yerli əhali ərazidə işləyən media nümayəndələrinə səhərədək Livanla sərhədyanı bölgələrdə raket xəbərdarlığı siqnallarının eşidildiyi barədə informasiya verib.

 

Bir qədər sonra “Hizbullah” baş verənlərə görə məsuliyyəti üzərinə götürüb. Bildirilib ki, bölgədəki hərbi obyektlərə endirilən 20-dən çox raket zərbəsi İsrailin Livana son hücum cəhdinə cavab xarakteri daşıyır.

 

Yeri gəlmişkən, raket zərbələri ərazidə meşə yanğınına səbəb olub. Hadisə yerinə İsrailin yanğınsöndürmə briqadaları cəlb olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
50
sfera.az

10Mənbələr