AZ

Volqoqradda həbsxanada qiyam törədən şəxslər kimlərdir?

 Xəbər verdiyimiz kimi, Rusiya Federal Penitensiar Xidmətin Volqoqrad vilayəti üzrə 19 saylı cəzaçəkmə müəssisəsində intizam komissiyasının iclası zamanı məhkumlar həbsxana işçilərini girov götürüblər.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisəni törədən məhbusların kimliyi açıqlanıb. 

 - Özbəkistan əsilli Temur Xusinov qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

- Özbəkistan əsilli Ramzidin Toşev narkotik satışı maddəsi ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

- Tacikistan əsilli Rüstəmçon Navruzi narkotik satışı maddəsi ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Gülayə Mecid 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
50
unikal.az

10Mənbələr