AZ

Bakı İstintaq Təcridxanasında səsvermə prosesi keçirilir - FOTO

Milli Məclisə növbədənkənar parlament seçkiləri ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasında məhkumların səsvermə prosesi keçirilir. SİA xəbər verir ki, səsvermə Sabunçu rayonu 29 saylı seçki dairəsinin 38, 39, 40 saylı seçki məntəqələri üzrə aparılır.

38 saylı seçki məntəqəsinin sədri Aslan Mirzəyev qeyd edib ki, məntəqə üzrə 1081 məhkum qeydiyyatdadır.

Seçki komissiyasının tərkibində fəaliyyət göstərən seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada aparılır.

Qeyd edək ki, məhkum və həbs edilmiş şəxslər Penitensiar müəssisələrində 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
18
sesqazeti.az

10Mənbələr