AZ

Cəzaçəkmə müəssisələrində səsvermə prosesi keçirilir

Image

Azərbaycanın növbədənkənar parlament seçkiləri ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə məntəqələrində səsvermə prosesi keçirilir.

Səsvermə Sabunçu rayonunda Bakı İstintaq Təcridxanasında 29 saylı seçki dairəsinin 38, 39, 40 saylı seçki məntəqələri üzrə aparılıb.

38 saylı seçki məntəqəsinin sədri Aslan Mirzəyev qeyd edib ki, məntəqə üzrə 1081 məhkum qeydiyyatdadır. Burada saxlanılan şəxslərin öz hüquqlarından istifadə edərək, şəffaf və azad şəkildə səs vermələri üçün şərait yaradılıb.

39 saylı seçki məntəqəsində səsvermə prosesi keçirilib. Məntəqə sədri Hüsaməddin Bağırov deyib ki, məntəqədə 990 nəfər seçici var.

41 saylı seçki məntəqəsinin sədri Eldar Mahmudov vurğulayıb ki, məntəqə üzrə 545 məhkum qeydiyyatdadır, 205 nəfər səs verib.

10 saylı cəzaçəkmə müəssisəsində səsvermə prosesi keçirilir. Səsvermə Nərimanov rayonu 18 saylı seçki dairəsinin 39 saylı seçki məntəqəsi üzrə aparılır.

39 saylı seçki məntəqəsinin sədri Elşad Əhmədov söyləyib ki, 1469 məhkum qeydiyyatdadır, indiyədək 900 nəfər səs verib. “Seçki komissiyasının tərkibində fəaliyyət göstərən seçki məntəqələrində səsvermə qanunvericiliyə uyğun olaraq mütəşəkkil qaydada keçirilir”, - deyə məntəqə sədri deyib.

Xatırladaq ki, məhkum və həbs edilmiş şəxslər penitensiar müəssisələrdə 13 dairəni əhatə edən 26 seçki məntəqəsində sərbəst şəkildə səs verirlər.

ZÜMRÜD





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
3
baki-xeber.com

10Mənbələr