AZ

Süni intellekt insana tabedir

ChatGPT kimi müasir süni intellekt şəbəkələri bəşəriyyət üçün təhlükəsizdir. Bu qənaətə Böyük Britaniyanın Bat Universiteti və Almaniyanın Darmştadt Texniki Universitetinin alimləri gəliblər. Tədqiqatçılar “chatbotlar”ın özbaşına öyrənmə bacarığını araşdırıblar. 

Araşdırmalar göstərib ki, süni intellekt şəbəkələri idarə olunan, proqnozlaşdırıla bilən və təhlükəsizdir. Alimlər müəyyən ediblər ki, süni intellektlər təlimat­lara yalnız səthi şəkildə əməl edə bilir. Onlar özba­şına yeni bacarıqlar öyrənə bilmirlər. Süni intellekt yeni bacarıqlarını inkişaf etdirmək üçün aydın təlimat tələb edir. 

Mütəxəssislərin fikrincə, süni intellekt şəbəkələ­rindən istifadə zamanı hələ də risklər var. Məsələn, belə texnologiyalar başqa məqsədlər üçün istifadə oluna bilər. Bu isə müxtəlif saxtakarlıqların yaranma­sına gətirib çıxaracaq. Lakin “chatbotlar”ın mürəkkəb düşünmə üsullarını öyrənmə ehtimalı azdır. 

S.ELAY
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
40
xalqqazeti.az

10Mənbələr