AZ

Süni intellekt “xarab olur” - Artıq “axmaq” cavablar verməyə başlayıb

Süni intellektin aktiv olduğu ChatGPT, Meta AI proqramları getdikcə daha çox səhv və ya dəqiq olmayan cavablar verməyə başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Computerworld” məlumat yayıb.

Bildirilib ki, sistemin qurucuları sistemin cavablarının keyfiyyətinin pisləşdiyini anlayıblar. Belə süni intellekt artıq suallara daha axmaq cavablar verməyə başlayıb və daha "tənbəl" olub.

ChatGPT-in yeni modelləri sələflərindən daha pis işləyir. Bu pisləşmənin səbəbi süni intellektin təkcə internet məlumatlarından deyil, həm də modellərin özləri tərəfindən yaradılan məlumatlardan öyrənməsi ola bilər. 

Bu, yaradılan məlumatların istifadəsi səbəbindən keyfiyyətin aşağı düşdüyü "model çökməsi"nə  səbəb ola bilər.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
48
bizim.media

10Mənbələr