AZ

ABŞ-da polis hesabatlarında süni intellekt istifadəsi reaksiya doğurub

Bakı,TurkicWorld

ABŞ-ın Oklahoma ştatında polis məmuru tərəfindən süni intellektdən istifadə edilərək hazırlanmış hesabatın sürəti və axıcılığı mübahisələrə səbəb olub.

TurkicWorld xəbər verir ki, Polis məmuru Mett Gilmore, K-9 iti ilə bir qrup şübhəlini axtararkən çəkilən görüntüləri Amerikanın "Axon" adlı şirkəti tərəfindən hazırlanan süni intellekt əsaslı danışıq botuna yükləyib və botdan hesabat yazmasını istəyib.

Gilmore, süni intellektin başqa bir polis məmurunun şübhəlilərin qaçdığı avtomobilin rəngini deməyi kimi özünün xatırlamadığı detalları da hesabata əlavə etdiyini bildirib. O, hesabatın öz yazdığı sənəddən daha yaxşı olduğunu və məzmunun tamamilə düzgün olduğunu qeyd edib.

"Axon"un baş meneceri Rick Smith isə, bu texnologiyanı "inqilab" kimi qiymətləndirərək, məhsulun polis əməkdaşları arasında müsbət qarşılandığını bildirib. Smith, danışıq botunu şirkətin "ən çox müsbət cavab alan məhsulu" kimi xarakterizə edib və bu texnologiya sayəsində polis məmurlarının sahədəki digər vəzifələrinə daha çox vaxt ayıra biləcəyini vurğulayıb.

Ancaq , süni intellektin adətən 30-45 dəqiqəyə yazılan hesabatları 8 saniyə kimi qısa müddətdə hazırlaya bilməsi məsələsi həm də tənqidlərlə qarşılaşıb.

Belə ki, hüquq eksperti Endryu Ferqyuson, süni intellektlə yaradılan protokolların etnik mənsubiyyətlə bağlı həssaslıqları nəzərə almama və yanlış məlumat vermə potensialına görə, ümumi etibarlılığına şübhə ilə yanaşdıqlarını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
40
turkic.world

10Mənbələr