AZ

"Ukrayna Zaporojye AES-ə nəzarəti bərpa edə bilər, amma bir şərtlə" - EKSPERT RƏYİ

"Bir çox ölkələr, elə "Qazprom"un özü də bu müqavilənin uzadılmasında maraqlıdır..."
 
Rusiya qazının Avropaya tranziti haqqında müqavilənin müddəti bitəndən sonra Ukraynanın təcavüzkar tərəfndən işğal edilən Zaporojye AES-ə nəzarəti bərpa etmək şansı yarana bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə Razumkov Enerji Proqramları Mərkəzinin direktoru Vladimir Omelçenko "nv.ua nəşrinə müsahibəsində bəyan edib.
 
"Bir vacib məqam var. Bu ilin dekabrın 31-də "Qazprpom"la müqavilənin müddəti bitir. Bir çox ölkələr, o cümlədən Avstriya, Slovakiya və Çexiya bu müqavilənin müddətinin uzadılmasında maraqlıdır. 
 
Elə "Qazprom" da maraqlıdır, çünki o, mürəkkəb vəziyyətdədir. Zənnimcə, Ukrayna bu müqavilənin müddətinin uzadılması üçün Zaporojye AES-in bütün obyektləri və ona bitişik ərazilərlə birgə bizə qaytarılmasını şərtini irəli sürə bilər", - ekspert bəyan edib.
 
Omelçenko həmçinin vurğulayıb ki, "əgər bu plan gerçəkləşərsə, biz Zaporojye AES-i qaytara biləcəyik, bu da enerji sistemində ən azı gələn qışda vəziyyəti yüngülləşdirə bilər. Çünki obyektin vəziyyətini yoxlamaq üçün zaman lazım olacaq, orada çox yerlər minalanıb, o cümlədən təmir işləri üçün də çox zaman tələb ediləcək".
 
Zaporojye AES-in bu yolla geri qaytarılmasının nə dərəcədə gerçək olması barədə danışarkən ekspert qeyd edib: "Bilirsiniz, rusiyalılar mürəkkəb vəziyyətdədir. Əgər onlar tranzitsiz qalarsa, o zaman Macarıstan, Slovakiya kimi müttəfiqlərini, elə Avstriyanı da necə qidalandıracaq? Bu, birincisi. İkincisi, bu ölkələr üçün Rusiya qazı çox önəmlidir. Onlar Rusiyaya təzyiq edəcək. Üstəgəl, "Qazprpom" dəhşətli iqtisadi vəziyyətdədir.
 
Ona görə də daha 6 milyard avro itirmək onlar üçün ümumiyyətlə fəlakət olacaq. Bu səbəbdən, zənnimcə, bu ssenari realdır, amma onu gerçəkləşdirmək üçün nəsə etmək lazımdır. 
 
Rusiyalıların Zaporojye AES-i hansısa danışıqlar yolu ilə, onlara təzyiq mexanizmləri olmadan qaytaracaqlarını gözləməyə dəyməz. Bizim Kursk AES-i Zaporojye AES-ə dəyişəcəyimiz barədə söz-söhbətlər isə yalnız fantaziyalardır".
 
Xatırladaq ki, Zaporojye AES Zaporojye vilayətinin Kaxovka su anbarının sahilində, çöl zonasında yerləşən, ölçülərinə görə Avropada 9-cu ən böyük atom elektrik stansiyasıdır.  Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin gedişində, 2022-ci il martın 4-də bu AES Rusiya qoşunları tərəfindən işğal edilib. 
 
2022-ci ilin sentyabr ayında təhlükəsizlik mülahizələrinə görə bütün reaktorların işi dayandırılıb. 2023-cü ilin martından Zaporojye AES  elektrik enerjisi hasil etmir, lakin iki reaktor "qaynar dayanma" rejimindədir, stansiyanı və yaxınlıqda yerləşən Enerqodar şəhərini buxar və istiliklə təmin edir.
 
Bundan öncə Ukrayna və "Qazprom" 2019-cu ildə Rusiya qazının Avropaya tranzit edilməsi barədə saziş imzalayıb. Bu saziş 2024-cü ilin dekabrın 31-dək qüvvədədir.
 
2023-cü il dekabrın 20-də energetika üzrə Avropa komissarı Kadri Simson bəyan edib ki, Rusiya qazının Ukraynadan tranziti dayandırılacaq, Avropa İttifaqının hələ də Rusiya qazından istifadə edən üzv ölkələri isə bazarda dəyişikliklərə hazırlaşmalı və istehlak həcmlərini azaltmalıdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
50
moderator.az

10Mənbələr