AZ

Türkiyədə təbii qaz hasilatı 6 ayda 900 milyon kubmetrə yüksəldi

Bakı, TurkicWorld

Türkiyə tarixindəki ən böyük təbii qaz kəşfinin edildiyi Sakarya Qaz Sahəsində yerli istehsal sayəsində ilin ilk yarısında idxal fakturası təxminən 350 milyon dollar azalıb.

TurkicWorld xəbər verir ki, GAZBİR sədri Yaşar Arslan, "Türkiyənin ilin ilk yarısında təbii qaz hasilatı təxminən 900 milyon kubmetrə çatdı və Sakarya Qaz Yatağının ümumi hasilatdakı payı yüzdə 70-ə çatdı" dedi.

Türkiyədə ən böyük təbii qaz kəşfindən 4 il keçir. Bu dövrdə Türkiyə öz ərazi sularında daxili resursların kəşfiyyatı və qazma işlərinə diqqət yetirərək hasilatı artırıb.

Böyük kəşf səyahətində atılan mühüm addım isə yerli və milli gəmi donanmasının yaradılması oldu.

Türkiyə Neft Anonim Ortaqlığının (TPAO) inventarına qoşulan ilk milli qazma gəmisi olan Fatih, 29 May 2020-ci ildə Haydarpaşa Limanından Qara dənizdəki ilk vəzifə yerinə yola salındı. Fatih, 20 iyul 2020-ci ildə Zonguldak sahillərində Tuna-1 məntəqəsində ilk milli dərin su qazma işlərinə başladı.

“Fatih” gəmisi 21 avqust 2020-ci ildə Qara dənizdə qazma işləri zamanı 320 milyard kubmetr təbii qaz ehtiyatı aşkar edib. Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın “şad xəbər” olaraq elan etdiyi böyük kəşf, ölkənin son zamanlar dənizlərdə intensiv şəkildə həyata keçirdiyi seysmik kəşfiyyat və qazma işlərinin ilk konkret bəhrəsi olaraq qeyd edildi.

Ərdoğan 2020-ci il oktyabrın 17-də Tuna-1 quyusunda aşkar edilən ümumi ehtiyatın 85 milyard kubmetr artaraq 405 milyard kubmetrə çatdığını bildirib. 2021-ci il iyunun 4-də Amasra-1 quyusunda 135 milyard kubmetr kəşf edildikdən sonra Qara dənizdəki qaz ehtiyatları ümumilikdə 540 milyard kubmetrə yüksəlib.

Ərdoğan 2022-ci ilin dekabrında bölgədəki ümumi ehtiyatların 710 milyard kubmetrə çatdığını açıqladı.

Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Sakarya Qaz Sahəsində hasil edilən təbii qazın bu həftədən etibarən gündəlik 6 milyon kubmetrə yüksəldiyini açıqlayıb. Belə ki, Sakaryada hasil edilən təbii qaz hesabına ümumilikdə 2,6 milyon ev təsərrüfatının təbii qaz ehtiyacı qarşılanıb.

Qeyd edək ki, 2025-ci ilin birinci rübündə hasilatın 10 milyon kubmetrə çatdırılması planlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
1
turkic.world

10Mənbələr