AZ

Türkmən qazı İran və Türkiyə üzərindən Avropaya satılacaq

Yazını böyüt
Yazını kiçilt

Aşqabadla Tehran Türkmənistan qazının İran üzərindən Avropaya göndərilməsini əhatə edən strateji müqavilələr imzaladılar.

Hafta.az-ın yazdığına görə, razılaşmaların əsas məqamı Türkmənistan qazının İrana tədarükü, daha sonra isə Türkiyə üzərindən Avropaya nəqli olub.

Qaz tamamilə “türkmən kimliyi” ilə daşınacaq, yəni başqa ölkənin brendi ilə deyil, birbaşa Türkmənistanın öz məhsulu kimi Avropa bazarına çıxarılacaq.

Razılaşmalar Türkmənistanın milli lideri Qurbanqulu Berdiməhəmmədovun şəxsən apardığı danışıqlar nəticəsində formalaşıb. Berdiməhəmmədov bu razılaşmaların enerji, nəqliyyat və gömrük əməkdaşlığını əhatə edən geniş çərçivədə olduğunu bildirib və İran prezidenti Məsud Pezeşkiyanı oktyabr ayında Aşqabada dəvət edib.

Bu əməkdaşlıq çərçivəsində türkmən qazı iki əsas marşrutla nəql olunacaq: Biri Avropaya, digəri isə İran üzərindən İraqa yönələcək.

Türkmən qazı İran vasitəsilə Türkiyəyə çatdıqdan sonra SWAP müqavilələri ilə Avropaya daşınacaq. Bu prosesdə qazın müstəqil Türkmən brendi altında saxlanması Türkmənistanın enerji resursları üzərində suverenliyini qoruyub saxlamaq məqsədi daşıyır.

Bundan əlavə, İran üzərindən İraqa ildə 10 milyard kubmetr qazın tədarükü planlaşdırılır. Bu layihələrin həyata keçirilməsi üçün İranın qaz nəqli infrastrukturunda genişləndirmə işləri aparılacaq və yeni boru kəmərləri çəkiləcək.

Bu layihələrdə Türkiyə əsas rol oynayır. Prezident Rəcəb Tayyib Ərdoğan türkmən qazının Avropaya çatdırılmasında Türkiyənin enerji mərkəzi rolunu gücləndirməyi hədəfləyir.

Ankarada keçirilən görüşlərdə bu planların həyata keçirilməsinin mümkünlüyü və qaz ixracında Türkmənistanın İrandan keçən bu tranzit keçidlərində öz suverenliyini qorumalı olduğu vurğulanıb.

Razılaşmaların digər mühüm ölçüsü ABŞ sanksiyalarına qarşı görülən tədbirlərdir. SWAP planları çərçivəsində İrandan gələn qazın türkmən hesab edilməsi sanksiyaları pozmamaq üçün hüquqi əsas yaradır. Bu vəziyyət Aşqabadın Avropaya qaz tədarük imkanlarını artırsa da, beynəlxalq hüquqi maneələrin qarşısını alır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
38
hafta.az

10Mənbələr