AZ

Şəkər xəstəliyini yarada biləcək qidalar hansılardır?

Qeyri-sağlam pəhriz, xüsusilə kolbasa, vetçina və digər emal olunmuş qidalar yemək 2-ci dərəcəli şəkər xəstələyinin inkişaf riskini artırır.

Azpost.info bildirir ki, alimlər bu barədə xəbərdarlıq edirlər.

Mütəxəssislər 1,97 milyon insanın məlumatlarını, o cümlədən iştirakçıların yaşı, cinsi, çəkisi və həyat tərzini nəzərə alaraq araşdırma aparıblar. Alimlər belə qənaətə gəliblər ki, gündə 50 qram emal olunmuş ət yemək növbəti 10 il ərzində 2-ci tip şəkərli diabet riskini 15% artırır. Əgər dozanı 100 qrama qədər artırsanız, xəstəliyin inkişaf riski daha 10% artır.

Elm adamları ət istehlakının 2-ci tip diabetə səbəb olduğunu izah etməyiblər. Onlar yalnız bu məhsulun pəhrizə əlavə edilməsinin insulin həssaslığını pisləşdirə biləcəyini , xəstəliyin inkişaf riskini artıra biləcəyini qeyd edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
4
azpost.info

5Mənbələr