AZ

Alimlər tünd şokoladın gözlənilməz faydasını kəşf etdi

Tünd şokolad tərkibindəki faydalı bioaktiv birləşmələr olan polifenollar sayəsində tip 2 diabet və piylənmə ilə mübarizə apara bilir. 

HİT.az xəbər verir ki, bunu “Food Bioscience” jurnalında dərc olunan Şibaura Texnologiya İnstitutunun alimlərinin araşdırması göstərib.

Alimlər izah edib ki, polifenollar kakao və digər bitki məhsullarına acılıq verən təbii maddələrdir. Tünd şokoladda bu birləşmələrin böyük miqdarı var. Dildə T2R kimi tanınan acı dad reseptorları ilə təmasda olduqda, polifenollar bədəndə reaksiyalar zəncirini işə salır.

Tədqiqatçılar müəyyən ediblər ki, mədə-bağırsaq traktında T2R-nin aktivləşməsi müəyyən hormonların istehsalını təşviq edir. Alimlərin fikrincə, bu hormonlar 2-ci tip diabetin inkişafına və artıq çəkiyə qarşı qoruyucu maneə rolunu oynaya bilər.

Alimlər əlavə ediblər ki, faydalı polifenollar təkcə şokoladda deyil. Bir çox bitki qidaları bu maddələrlə zəngindir. Polifenollar alma, giləmeyvə, brokoli, yerkökü, acı bibər, yaşıl çay, həmçinin kətan toxumu, zeytun yağı və yulaf ezməsində olur.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
4
hit.az

5Mənbələr