AZ

Şəkər xəstəliyinə səbəb olan amillər hansılardır?

Genetik faktorlardan asılı olaraq, həyat tərzimizlə bağlı  müxtəlif səbəblərdən şəkər xəstəliyi riski artır. Araşdırmalar göstərir ki, 40 yaşdan yuxarı olan şəxslərdə çəki normadan artıqdırsa, yəni  nisbətən də olsa piylənmə varsa həmin adamlarda şəkər xəstəliyi riski daha çoxdur. Qeyd edək ki, şəkərli diabet 4 qrupa bölünür: səkərli diabet tip 1, tip 2, hamiləlik diabeti və digər xəstəliklər fonunda yaranan şəkərli diabet. 

Endokrinoloq Lamiyə Nəbibəyli "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, şəkər xəstələyi birdən-birə yaranmır. O bildirir ki,  şəkərdən öncə şəkər meylli bir dövr olur: "10 ilə yaxın prediabet dövrü olur. Bu dövr ərzində lazım olan reseptorların rezidentliyinin yaxşı işləməməyidir.

Ümumi olaraq dünyada bütün şəkər xəstələrinin 90%-ı şəkərli diabet tip 2-dir. Bura  piylənmə, qeyri-aktiv həyat tərzi və s daxildir". 

Bəs bu xəstələyin qarşısını almaq üçün hansı qidalardan uzaq durmalıyıq? 

L. Nəbibəyli bildirir ki, "cola","ice-tea", "cappy" və s kimi  meyvə sularında küp şəkərin miqdarı daha çoxdur: "Colanın həddən artıq çox şəkərli olmasını qazsız şəkildə müəyyən etmək olur. Və  mütləq vurğulamaq istəyirəm ki, qeyd etdiyim içkilərin kalorisiz olduğunu deyirlər. Lakin tərkibində  xüsusi dadlandırıcılar var ki, qidaların tərkibinə qatılır. Bunlar daha çox diabet riskini artırır və qaraciyər piylənməsinə, böyrəyin fəaliyyətinə mənfi təsir göstərə bilir. Ümumiyyətlə, bu xəstələr maksimum dərəcədə şirin qidalardan, çoxlu meyvə-tərəvəz, qazlı içkilərdən, qızartma və xəmir yeməklərindən, un məmulatlarından və desertlərdən nisbətən uzaq durmalıdırlar.

O, son olaraq qeyd edir ki, ümumiyyətlə şəkərli diabet xəstələrinə tövsiyyə olunan qidalalar sağlam insanın qidalanması üçün də ən uyğun qidalardır. Yəni, şəkər xəstələrinə tövsiyyə olunan hər şey yaxşı olar ki, şəkər olmayan insanlar da əməl etsinlər.

Havar Şəfiyeva 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
4
yeniazerbaycan.com

5Mənbələr