AZ

Ukrayna dronları Murmanska gedib çıxdı: Aeroportlar bağlandı

Rusiyanın hava hücumundan müdafiə sistemləri Murmansk vilayətinin Vısoki qütb kəndi ərazisində Ukrayna Silahlı Qüvvələrinə (AFU) məxsus pilotsuz uçan aparatı vurub. Musavatə.com xəbər verir ki, bu barədə məlumatı Mash Telegram kanalı yayıb.

Məlumatda qeyd edilir ki, pilotsuz təyyarənin hədəfi Rusiya strateji bombardmançılarının havaya qalxdığı Olenya aerodromu ola bilərdi.

Murmansk vilayətinin qubernatoru Andrey Çibis bildirib ki, “Murmansk vilayəti üzərində pilotsuz uçan aparatın istifadəsi ilə bağlı hava təhlükəsi müəyyən edilib”. O, təhlükəsizliyin gücləndirilməsi üçün bütün tədbirlərin görüldüyünü deyib və rayon sakinlərini ayıq-sayıq olmağa çağırıb. Vilayətin Murmansk və Apatiti aeroportlarında uçuşlara məhdudiyyət tətbiq olunub.

"Z əməliyyatı: Rus baharının hərbi müxbirləri" telegram kanalı isə PUA-nın vurulma anının görüntülərini yayıb.

Qeyd edək ki, Ukrayna-Rusiya sərhədindən Murmanska 2 min km məsafə var.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
25
musavat.com

10Mənbələr