AZ

Ukrayna PUA-ları Murmanska hücum edirlər: Qubernator əhaliyə müraciət etdi

Murmansk vilayətinə Ukraynanın pilotsuz təyyarələrinin hücumları həyata keçirilir və hava hücumundan müdafiə qüvvələri onları məhv etməyə çalışır.

Publika.az xəbər verir ki, bu barədə vilayət qubernator Andrey Çibis “Telegram” kanalında bildirib.

“Bölgəmizə düşmən pilotsuz təyyarələri tərəfindən basqın edilir, buna görə də sizdən bir sıra müvəqqəti məhdudiyyətlər barədə anlayışlı olmanızı xahiş edirəm. Təhlükəsizliyi təmin etmək üçün bütün lazımi tədbirlər görülür”, - qubernator deyib.

Çibis sakinləri rəsmi məlumatlara etibar etməyə və sayıq olmağa çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
25
publika.az

10Mənbələr