AZ

Rusiyanın Murmansk vilayətində görünən PUA-lardan birinin Norveçdən gəldiyi iddia olunur - YENİLƏNİB

Murmansk vilayətində üç PUA məhv edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, hazırda regionun bütün hava limanları - Murmansk və Apatitıda uçuşlar dayandırılıb.

Qubernator Andrey Çibis bildirib ki, “düşmən PUA-ları Murmansk vilayətinə uçuşlar keçirir. Onların məhv edilməsi üçün hava hücumundan müdafiə vasitələri işləyir, təhlükəsizliyin yüksəldilməsi üçün lazımi tədbirlər görülür”.


“Shot” teleqram kanalı Murmansk vilayətində görünən PUA-lardan birinin Norveçdən uçduğuna dair məlumat yayıb. Məlumata görə, o, saat 11 radələrində görünüb. PUA Olenya aerodromuna doğru uçub. 2,5 saat əvvəl Murmansk vilayəti üzərində səmada Arxangelsk vilayəti istiqamətindən uçan daha iki PUA görünüb.

***

11:53

Rusiyanın Murmansk hava limanı bağlanıb.

APA-nın Rusiya bürosu SHOT-a istinadən xəbər verir ki, PUA hücumu təhlükəsi səbəbindən hava limanında uçuşlar müvəqqəti olaraq məhdudlaşdırılıb.

Qeyd edilib ki, hava limanı saat 9:30-dan etibarən uçuşları qəbul etmir. Arxangelskdən bir neçə reysin gecikdiyi bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
25
apa.az

10Mənbələr