Amerika “erməni soyqırımı” nı qəbul etdi – Biz nə etməliyik?

 

Dövlət başçılarının heç bir sözü, ifadəni boş-boşuna işlətmədiyi məlum məsələdir. ABŞ prezidenti uydurma “erməni soyqırımı”nı tanıyırsa, demək ki, bunun arxasında siyasi məqsəd var. Məqsəd də Türkiyəni əngəlləməkdir. Türkiyənin inkişafını, artan nüfuzunu, Azərbaycanın Qarabağı işğaldan azad edilməsini, Zəngəzur dəhlizinin reallaşdırılması fəaliyyətini, Türk Dünyasının getdikcə birləşdiyini həzm edə bilmirlər. Bu hadisə bir daha ABŞ-ın Türkiyəyə, həm də Azərbaycana qarşı sistematik şəkildə siyasi mübarizə apardığını göstərir. İçindən keçdiyimiz ağır mərhələ bizdən daha çox işləməyi tələb edir.

Nə etməliyik;

1. Hər şeydən öncə, Türk Şurası bu məsələylə bağlı vaxt itirmədən qətnamə qəbul etməlidir. Türkiyə, Pakistan, Azərbaycan, Macarıstan və digər Türk dövlətlərinin xaricdəki diasporları Türk Şurası tərkibində birləşməli, koordinasiyalı şəkildə tək platforma halında çalışmalıdır. İlk olaraq yol xəritəsi hazırlanmalıdır. Bu platformanın özünün mətbuat orqanı olmalı və mütəmadi şəkildə fəaliyyəti ilə bağlı həm dövlət, həm də cəmiyyət qarşısında hesabat verilməlidir.

2. Xarici səfirliklərimizdə diaspor fəaliyyətləri ilə bağlı şöbələr qurulmalı, işlər yenidən təşkil edilməlidir.

3. Xaricdəki tələbələrimiz, akademik fəaliyyətlə məşğul olan alimlərimiz, mədəniyyət xadimlərimiz, həmin ölkələrdə tanınmış insanlar bu işə cəlb olunmalıdır. Lazım olsa, bu sahədə fəaliyyət göstərən elm adamlarına pul mükafatları təyin edilməli, tələbələrə təqaüd verilməlidir.

4. Xarici media kanallarına daha çox çıxış əldə etmək, kitablar yazmaq, konfranslar təşkil etmək, məşhur aktyorları cəlb etməklə kino filmlər çəkmək və mədəniyyətin gücündən istifadə etmək lazımdır.

5. Öncə 1905-1906, 1915, 1918-1920-ci il soyqırımları ilə bağlı sənədləri, 1 və 2-ci Qarabağ savaşında Ermənistanın törətdiyi soyqırımla bağlı faktlarları toplayıb Beynəlxalq Ədalət Məhkəməsinə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək lazımdır. Bu müraciət həm dövlət səviyyəsində, həm də vətəndaşlar səviyyəsində edilməlidir. Onlara dövlət tərəfindən hüquqi yardım göstərilməli, yerli və tanınmış xarici vəkillər, hüquq şirkətləri bu işə cəlb edilməlidir.

6. Müəyyən universitetlərdə bu məqsədlə Erməni dili tədris edilməlidir.

7. Avropa ölkələrində Türkcə və yerləşmə ölkəsinin dilində fəaliyyət göstərən televiziya kanalları və qəzetlər açılmalı, sosial medianın gücündən istifadə edilməlidir .

8. Beynəlxalq və bölgədəki təşkilatlarda haqlı mövqeyimizi dəstəkləyən, təsdiqləyən sənədlərin qəbuluna nail olmalıyıq.

9. Bu fəaliyyətdə fərqləndirən, işə can yandıran insanlar üçün platformanın Nobel mükafatı tərzində mükafatı təsis edilməli, bu mükafat dünya brendinə çevrilməlidir.

10. Ən önəmlisi isə bu vacib iş ölkəsini sevən və işinin əhli olan vətənpərvər insanlara həvalə edilməlidir.

 

0
248
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar