AZ

“Mançester Yunayted”, “Çelsi” və “Liverpul” da 1/4 finalda

İngiltərə kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son gündə daha 4 görüş baş tutub.

“Mançester Yunayted” “Nottingem Forest”i, “Vulverhempton” da “Brayton”u tək qolla mübarizədən kənarlaşdırıb. “Çelsi” “Lids” səddini çətin qələbə ilə keçib. “Liverpul” isə “Sauthempton”u böyük hesabla məğlub edib.

Daha öncə “Koventri Siti”, “Mançester Siti”, “Lester Siti” və “Nyukasl” da 1/4 finala yüksəlmişdilər.

İngiltərə Federasiya Kuboku
1/8 final

28 fevral

Çelsi – Lids 3:2
Qollar: N.Cekson, 15. Mudrik, 37. Qallaxer, 90 – M.Cozef, 8; 59.

Nottingem Forest – Mançester Yunayted 0:1
Qol: Kazemiro, 89.

Vulverhempton – Brayton 1:0
Qol: Lemina, 2.

Liverpul – Sauthempton 3:0
Qollar: Kumas, 44. Danns, 73; 88.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
212
47
futbolinfo.az

10Mənbələr