AZ

Çempionlar Liqasının favoriti hansı komandadır?

Qarşıda bizi Çempionlar Liqasının 1/4 final mərhələsinin oyunları gözləyir.

Publika.az xəbər verir ki, mərhələnin görüşləri başlamazdan əvvəl bukmeker kontorları vəziyyəti yenidən təhlil edərək, turnirin əsas favoritlərini açıqlayıb.

Qitənin bir nömrəli klub turnirində qələbəyə əsas iddiaçı “Mançester Siti”dir. Bukmekerlər "şəhərlilər"in Avropanın ən yaxşı komandası adını qoruyacağı ehtimalını 2.60 əmsalı ilə dəyərləndirirlər. "Mançester Siti"ni turniri qazana bilməyəcək əmsalı 1.50-dir.

İkinci yerdə İngiltərənin digər klubu - "Arsenal" qərarlaşıb. Mikel Artetanın kollektivinin qələbəsi 6.50 əmsal olaraq qiymətləndirilir. "İlk üçlüy"ü "Real" tamamlayır. Madrid klubunun Çempionlar Liqasında uğur qazanması 8.00 əmsaldır.

Sonrakı sıralarda qərarlaşan "Bayern"in əmsalı 9.00, PSJ-nin 10.00, "Atletiko"nun 11.00, "Barselona"nın 12.00, Dormund "Borussiya"sının isə 20.00-dir.

Seçilən
140
31
Mənbələr
Şərh ()
Bağla