AZ

“Mançester Siti” “Nyukasl”ı turnirdən kənarlaşdırdı

İngiltərə Kubokunun 1/4 final matçında “Mançester Sit” “Nyukasl”la üzləşib.

Redaktor.az xəbər verir ki, “Etihad” stadionundakı oyun 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Silvanın dublu “Mançester Siti”ni yarımfinala çıxarıb. “Nyukasl” isə turnirlə vidalaşmalı olub.

Qeyd edək ki, İngiltərə kubokunun yarımfinal mərhələsinin ilk iştirakçısı Premyer Liqa təmsilçisi “Vulverhempton”a 3:2 hesabı ilə qalib gələn “Koventri” olub.

Sabah, martın 17-də İngiltərə Kubokunun 1/4 mərhələsinin qalan oyunları: “Çelsi” - “Lester Siti”, “Mançester Yunayted” - “Liverpul” qarşılaşmaları keçiriləcək.

Seçilən
208
1
Mənbələr
Şərh ()
Bağla