AZ

Almaniya Ukraynaya hərbi yardım göndərmək istəmir

Almaniya

Almaniya hökuməti daxilində Ukraynaya hərbi yardımı kəsmək qərarı ilə bağlı mübahisələr yaranıb. Reyting.az “Bild” nəşrinə istinadla xəbər verir ki, Almaniya Maliyyə Nazirliyi ilə Müdafiə Nazirliyi bu məsələdə bir-birini ittiham edir.

Xatırladaq ki, “Frankfurter Allgemeine Zeitung” qəzetinin daha əvvəl yazdığı kimi, bu il üçün təsdiqlənmiş yardım Ukraynaya göndərilsə də, yeni planlaşdırılmamış müraciətlər, məsələn, qırıq tanklar üçün ehtiyat hissələrinin alınması Almaniya Maliyyə Nazirliyi tərəfindən təsdiqlənmir.

“Bild”in sorğusuna cavab olaraq Maliyyə Nazirliyindən bildiriblər ki, əgər onlara xüsusi və şəffaf şəkildə məlumat verilsə, qısa müddətdə əlavə vəsaitlərin ayrılması üçün araşdırmaya başlamağa hazırdırlar, lakin Maliyyə Nazirliyinə hələlik konkret hesabat daxil olmayıb. Ona görə də maddi ehtiyaclarla bağlı məsələlər nə nəzərə alına, nə də qərar icra oluna bilər.

Bununla belə, Almaniya hökumətindəki mənbələrin iddiasına görə, kansler Olaf Şolts Müdafiə Nazirliyinə Ukraynaya planlaşdırılmamış yardım üçün Maliyyə Nazirliyinə bu cür sorğuları göndərməyi qadağan edib.

Müdafiə Nazirliyi bildirir ki, Maliyyə Nazirliyinin məsuliyyəti ucbatından Almaniya Ukraynaya ümumi dəyəri 3,87 milyard avro olan 30-dan çox yüksək prioritet çatdırılma həyata keçirə bilməyib. Xüsusilə, söhbət texnika, artilleriya sursatları, pilotsuz təyyarələr və zirehli texnika üçün ehtiyat hissələrdən gedir.

Bundestaqın Xarici Əlaqələr Komitəsinin rəhbəri, hakim koalisiyaya daxil olan SPD partiyasının nümayəndəsi Maykl Rot Ukraynaya silah tədarükünün kəsilməsini və gələn il üçün Almaniya büdcəsində Ukraynaya xərcləri azaltmağın planlaşdırılmasını sərt şəkildə tənqid edib.

“Ukrayna ordusu aylar ərzində ilk dəfə yenidən hücuma keçdi, ölkənin indi Avropadakı ən mühüm hərbi müttəfiqinin - Almaniyanın hərtərəfli dəstəyinə ehtiyacı var. Əvəzində hərbi yardımın gələcək maliyyələşdirilməsi ilə bağlı müzakirələr gizli taxtdan imtinaya bənzəyir. Biz öz təhlükəsizliyimizi büdcə məhdudiyyətlərindən asılı vəziyyətə sala bilmərik”, - deyə deputatdan sitat gətirilir.

Müxalifət də tənqidlər səsləndirir. Məsələn, CDU-nun deputatı Roderich Kiesewetter jurnalistlərə deyib ki, Ukraynaya hərbi dəstəyi büdcədən maliyyələşdirməkdən imtina de-fakto Ukraynanın tərk ediləcəyi anlamına gələcək.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
32
reyting.az

10Mənbələr