AZ

Dondurulmuş Rusiya aktivləri Ukraynaya verilib

İyulun 26-da Rusiyanın Avropada dondurulmuş aktivlərindən əldə edilən gəlirdən ilk dəfə olaraq, 1,5 milyard avro silah alınması üçün Ukraynanın hesablarına köçürülüb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “X” sosial şəbəkəsində açıqlama verib.

Onun sözlərinə görə, bu transfer Ukraynanı və bütün Avropanı yaşamaq və daha təhlükəsiz məkana yerə çevirmək üçün Rusiyanın aktivlərinin ən yaxşı rəmzi volu və istifadəsidir. 

Pulu Kiyevin özü deyil, onu silahla təmin edən Avropa ölkələri alacaq. 

Beləliklə, Ukraynanın maraqlarına uyğun kommersiya əməliyyatı Rusiyanın pulu ilə ödəniləcək.

Bundan əvvəl Avropa İttifaqının xarici siyasət və təhlükəsilzlik məsələləri üzrə ali komissrı Josep Borrel Ukraynaya Rusiya aktivlərindən əldə olunan gəlirdən hərbi yardım üçün ilk tranşın avqustun əvvəlində göndəriləcəyini və onun həcminin 1,4 milyard avro təşkil edəcəyini bildirmişdi.

Kiyevə təhvil verilən sursat, texnika və silahların dəyərini yenidən qiymətləndirən ABŞ hökuməti əlavə olaraq, daha iki milyard dollar xərcləməyin mümkünlüyü qənaətinə gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
32
cebheinfo.az

10Mənbələr