AZ

Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var

Xaçmaz rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə Xaçmaz-Niyazabad avtomobil yolunda qeydə alınıb.

Beləki, "Toyota Prado" markalı nəqliyyat vasitəsi qarşı tərəfdən hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində Xaçmaz rayon sakinləri - 1995-ci il təvəllüdlü A.Qurbanova, 1996-cı il təvəllüdlü N.Qurbanova, 1987-ci il təvəllüdlü E.Qurbanov, 2014-cü il təvəllüdlü İ.Qurbanzadə, həmçinin Bakı şəhər sakini 1992-ci il təvəllüdlü L.Hümbətzadə müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
50
milli.az

10Mənbələr