AZ

Lənkəranda avtomobil betona çırpılıb, 3 nəfər xəsarət alıb - FOTO

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə günorta saatlarında Ələt-Astara-İran magistralında, Lənkəran rayonu ərazisində qeydə alınıb.

1984-cü il təvəllüdlü İlqam Xanağa oğlu Cəbiyevin idarə etdiyi "Hyundai Santa Fe" markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı beton maneələrə çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər, Bakı sakinləri, 2013-cü il təvəllüdlü H.Cəbizadə, 1968-ci il təvəllüdlü Lətifə Xanağa qızı Cəbiyeva və 1984-cü il təvəllüdlü Nailə Abış qızı Muradova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Onlara ilkin yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Lənkəranda Lənkəranda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
11
apa.az

10Mənbələr