AZ

Lənkəranda avtomobil betona çırpılıb

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə günorta saatlarında Ələt-Astara-İran magistralında, Lənkəran rayonu ərazisində qeydə alınıb.

1984-cü il təvəllüdlü İlqam Xanağa oğlu Cəbiyevin idarə etdiyi "Hyundai Santa Fe" markalı minik avtomobili hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi yol kənarındakı beton maneələrə çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
14
sia.az

10Mənbələr