AZ

"Qarabağ" "Dinamo" ilə oyun öncəsi azarkeşlərə müraciət etdi

UEFA Çempionlar Liqasının "play-off" mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” Zaqreb (Xorvatiya) - “Qarabağ” matçını “Stadion Maksimir"də izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər (1254 ədəd) iTicket.az-da onlayn şəkildə satışdadır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb. Bildirilir ki, azarkeşlər əldə etdikləri vauçerləri oyun günü stadionun "T.JUK South Stand" sektorunun qarşısında yerləşən məntəqədə biletə dəyişməlidir. Biletlərin qiyməti 30 Avro-dur.

 Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən xahiş olunur ki, şəxsiyyətinizi təsdiq edən sənəd üzərinizdə olsun. 

Vauçerləri biletə dəyişmək üçün kassalar matçın start fitindən 2 saat öncə açılacaq.

Qeyd edək ki, "Dinamo" Zaqreb - "Qarabağ" oyunu avqustun 20-i saat 23:00-da (Bakı vaxtı ilə) start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
49
ucnoqta.az

10Mənbələr