AZ

De Lixt "Bavariya"dan "Mançester Yunayted"ə keçib

Futbol üzrə Niderland milli komandasının müdafiəçisi Matthijs de Lixt Almaniyanın “Bavariya” klubundan İngiltərənin “Mançester Yunayted” klubuna keçib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Mançester Yunayted”in mətbuat xidməti məlumat yayıb.

25 yaşlı futbolçu ilə müqavilə 2029-cu ilin iyun ayına kimi nəzərdə tutulub. Həmçinin, mərakeşli müdafiəçi Nossair Mazraoui “Bavariya”dan “Mançester Yunayted”ə keçib.

De Lixt 25 yaşındadır və əvvəllər Niderlandın “Ayaks” və İtaliyanın “Yuventus” klublarında çıxış edib. Müdafiəçi Hollandiya, İtaliya və Almaniya çempionudur. 26 yaşlı Mazraoui “Ayaks”la üçqat Hollandiya çempionu və Almaniya çempionudur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
49
ucnoqta.az

10Mənbələr