AZ

ABŞ-də müstəntiqləri şoka salan hadisə: İllərlə axtarışda olan cinayətkar bu müddətdə polis işləyib - FOTO

ABŞ-də qeyri-adi hadisə ölkə gündəminə düşüb. Belə ki, məhkəmələrdən təxminən 20 il qaçan kriminal avtoritet Antonio "El Diablo" Rianonun bu müddət ərzində Meksikada polis zabiti işlədiyi ortaya çıxıb.
 
Moderator.az oxu.az-a istinadla bildirir ki, hüquq-mühafizə orqanı əməkdaşları onun cəsarətindən heyrətə düşdüklərini etiraf ediblər.
 
Məlumata görə, hər şey 2004-cü ilin dekabrında başlayıb. Milad bayramından dörd gün əvvəl Riano Sinsinattidəki bir barda 25 yaşlı kişi ilə mübahisə edib. Tezliklə mübahisə davaya çevrilib və ölümlə nəticələnib. Riano rəqibini güllələyərək qaçıb.
 
O, ümummilli axtarışa verilsə də, bunun nəticəsi olmayıb, sonra isə "El Diablo" unudulub.
 
Təxminən 20 il sonra bir detektiv Rianonu sosial şəbəkələrdə tapıb.
 
İstintaq Rianonun əsl adını dəyişmədiyinə və ən populyar saytlardan birinə öz şəkillərini yükləməkdən qorxmadığına təəccüblənib. Onun profilində, həmçinin, Meksikanın Oaxaka ştatında polis zabiti işlədiyi göstərilirdi.
 
Amerikalı müstəntiqlər Meksika hakimiyyəti ilə əlaqə saxlayıblar. Onlar Rianonun, həqiqətən də, Sapotitlan-Palmas polis idarəsində işlədiyini təsdiq ediblər. Danışıqlar nəticəsində Meksika Rianonu məhkəmə icraçılarına təhvil verib.
 
O, təyyarə ilə Ohayoya gətirilib və ona qarşı cinayət işi açılıb.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
18
moderator.az

10Mənbələr