AZ

Aktyor Bredli Kuper və model Cici Hadid evlənməyi planlaşdırırlar

Aktyor Bredli Kuper və onun yeni sevgilisi model Cici Hadid 2025-ci ildə evlənməyi planlaşdırırlar.

hakimiyyet.az xəbər verir ki, bu barədə "SheFinds" məlumat yayıb.

Cütlüyün çevrəsinə yaxın mənbənin sözlərinə görə, onlar toyu çoxdan planlaşdırırdılar, ona görə də tədbirin özü sadəcə vaxt məsələsidir. O, həmçinin əlavə edib ki, sevgililər yeni tanışlığa başlayanda, münasibətlərin çox erkən mərhələsində ailə qurmaq haqqında danışıblar.

Mənbə əlavə edib ki, Bredli Kuper artıq bu tədbirə doğru mühüm addım atıb. Aktyor Pensilvaniya ştatında, Hadid ailəsinə məxsus at fermasının yaxınlığında ev alıb.

Qeyd edək ki, Kuperlə Hadidin romantik münasibətləri haqqında şayiələr keçən ilin oktyabrında ortaya çıxıb. Yanvarın əvvəlində Hadid Kuperin anası ilə ictimaiyyət qarşısına çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
2
hakimiyyet.az

10Mənbələr