AZ

Pakistanda torpaq sürüşməsi: 1 ailənin 12 üzvü həlak oldu

Pakistanın Hayber Paxtunxva əyalətindəki torpaq sürüşməsi nəticəsində 1 ailənin 12 üzvü həlak olub.

Publika.az xəbər verir ki, torpaq sürüşməsi şiddətli yağışlar nəticəsində gecə vaxtı baş verib.

Dəhşətli hadisədən az müddət sonra xilasedici dəstələr artıq hadisə yerində olublar. Lakin güclü yağışın davam etməsi səbəbindən onların işləri ləngiyib.

Siklonun Pakistanın digər bölgələrinə, xüsusilə dənizkənarı ərazilərinə yayılacağı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
21
publika.az

10Mənbələr