AZ

Əlcəzair və Mərakeşdə daşqınlar: 23 nəfər həlak oldu

Əlcəzair və Mərakeşdə həftəsonu yağan yağışlar nəticəsində baş verən daşqınlarda azı 23 nəfər ölüb.

İqtisadiyyat.az bu barədə "Associated Press"ə istinadən xəbər verir.

Daşqınlar nəticəsində Mərakeşdə 18 nəfər ölüb, 9 nəfər itkin düşüb. Əlcəzairdə isə 5 nəfər ölüb.

Mərakeşin cənubunda yaşayanlar işıqsız qalıb, içməli su ilə bağlı problemlər yaranıb. Təbii fəlakətin təsiri nəticəsində onlarla ev uçub, magistral yollara ziyan dəyib.

Əlcəzairin bəzi bölgələrində daşqınlar körpüləri sıradan çıxarıb. Ölkə hakimiyyəti zərərçəkənlərə kömək etmək üçün minlərlə xilasedici cəlb edib.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
21
iqtisadiyyat.az

10Mənbələr