AZ

İran və “Hizbullah” İsrailə hücumdan imtina edir?.. Təl-Əvivdə nazirlərə xəbərdarlıq edildi- İran rəsmi şəxslərə sui-qəsd hazırlayır…

Image

İran və Hizbullahın yüksək səviyyəli İsrail rəsmilərinə sui-qəsd edə biləcəyi iddia edilir. “Yediot Aharonot” qəzeti yazır ki, İran və “Hizbullah”ın yüksək səviyyəli şəxslərə sui-qəsd cəhdi ola biləcəyi iddiası iki gün əvvəl toplanan İsrail Təhlükəsizlik Kabinetində gündəmə gətirilib.

Bildirlir ki, Təhlükəsizlik Kabinetinin iclasında iyulun 30-da Livanın paytaxtı Beyrutda və iyulun 31-də İranın paytaxtı Tehranda həyata keçirilən sui-qəsdlərə görə, İran və “Hizbullah”ın mümkün cavab tədbirləri müzakirə edilib.

İran və “Hizbullah”ın cavab olaraq raket və pilotsuz uçuş aparatları ilə hücumlar təşkil etmək əvəzinə, İsrail nazirlərinə, millət vəkillərinə, hərbi və kəşfiyyat birliklərinin rəsmilərinə sui-qəsdə cəhd edə biləcəyi ehtimalı müzakirə edilib.

Qeyd edilir ki, yüksək səviyyəli təhlükəsizlik rəsmiləri İsrail nazirlərinə “İran və “Hizbullah” sui-qəsdə cəhd edə bilər” xəbərdarlığını edib.

Xatırladaq ki, iyulun 30-da İsrail ordusunun Beyrutda həyata keçirdiyi hava hücumunda “Hizbullah”ın yüksək səviyyəli komandirlərindən olan Fuad Şükür öldürülüb. Bu hücumdan bir neçə saat sonra isə HƏMAS lideri İsmayıl Haniyə iyulun 31-də Tehranda öldürülüb.

İran və HƏMAS Haniyənin öldürülməsinin arxasında İsrailin olduğunu bildirib və Tehran hücuma cavab verəcəyini bəyan edib. 

TAHİR






Seçilən
106
50
baki-xeber.com

10Mənbələr