AZ

İsrail Təhlükəsizlik Kabineti qorxu içində: İiclası yeraltı bunkerdə keçirdilər

İsrail Təhlükəsizlik Kabinetinin iclası Baş Qərargahın yeraltı komandanlığında keçirilib.

Vətəninfo.az xəbər verir ki, yerli KİV-lər Təhlükəsizlik Kabinetinin İran və Hizbullahla davam edən gərginliyin kölgəsində toplaşdığını bildirib.

İclasın mümkün fövqəladə təlimin keçirilməsi məqsədilə Baş Qərargahın yeraltı komandanlığında baş tutduğu qeyd olunub.

İsrail televiziyası görüşün gündəliyi ilə bağlı diqqətçəkən iddia irəli sürüb.

”Kanal 12” telekanalı İsrail ordusunun Hizbullaha zərbə endirmək üçün Təhlükəsizlik Kabinetindən əmr alma ehtimalına hazırlaşdığını iddia edib.

”Kanal 13” telekanalı isə rəsmi Tel-Əvivin ”Hizbullah”ın İsrailin yüksək vəzifəli rəsmisini hədəf almağa çalışacağını hesab etdiyini iddia edib.

Qeyd edək ki, İsrail ordusunun iyulun 30-da Livanın paytaxtı Beyruta təşkil etdiyi hücumda ”Hizbullah”ın komandirlərindən Fuad Şükür həlak olub.

Seçilən
137
1
veteninfo.az

10Mənbələr