AZ

"Dinamo Zaqreb"in çalışdırıcısı: ""Qarabağ" çox mütəşəkkil komandadır".

"Qarabağ" taktiki cəhətdən və sürət, texnika baxımından çox yaxşı kollektiv formalaşdırıb".

"Operativ Media" xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun baş məşqçisi Sergey Yakiroviç UEFA Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Qarabağ" ilə oyun barədə danışarkən deyib.

47 yaşlı mütəxəssis Ağdam təmsilçisinin güclü komanda olduğunu bildirib:

"Ludoqorets"lə görüşdə bolqarlar favorit göstərilsə də, "Qarabağ" bunun əksini sübut etdi. Lakin bu, bir az da Razqard klubunun öz səhvi nəticəsində baş verdi. Müdafiədəki boşluqlar məğlubiyyətə səbəb oldu. "Qarabağ" çox mütəşəkkil komandadır. Taktiki cəhətdən və sürət, texnika baxımından çox yaxşı kollektiv formalaşdırıblar. Onları ən yaxşı şəkildə təhlil etməyə çalışırıq".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Ludoqorets"i mübarizədən kənarlaşdıran (1:2, 7:2) Azərbaycan çempionu pley-offda "Dinamo Zaqreb" ilə oynamaq hüququ qazanıb. Qurban Qurbanovun rəhbərlik etdiyi klub ilk matçını avqustun 20-də səfərdə, cavab görüşünü isə 28-də Bakıda keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
17
operativmedia.az

10Mənbələr