AZ

UEFA Çempionlar Liqası: "Yanq Boyz" "Qalatasaray"a qarşı

app.update_app_description



Bu gün UEFA Çempionlar Liqasının ilk oyunları çərçivəsində "Yanq Boyz" "Qalatasaray"ı qəbul edəcək.
Oxu.Az xəbər verir ki, Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə keçiriləcək görüşdən sərfəli nəticə ilə dönmək niyyətindədir.
Hər iki komandanın heyətində itkilərin olması baş məşqçilərin işlərini korlaya bilər.
Meydan sahiblərindən Benito, Konte, Canko zədə üzündən görüşü buraxmalı olacaq. Qonaqlardan isə Kaan Ayhan, Davinson Sançes zədə, Barış Alper Yılmaz isə cəza üzündən komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, gecənin digər görüşlərində "Dinamo Kiyev" "Zalsburq"u, "Malmö" "Sparta Praqa"nı, "Midtyulland" isə "Slovan Bratislava"nı qəbul edəcək.
Qeyd edək ki, görüşü Daniel Siebertin başçılıq etdiyi almaniyalı hakimlər briqadası idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
21 avqust
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
Saat 23:00, "Yanq Boyz" - "Qalatasaray"
Saat 23:00, "Dinamo Kiyev" - "Zalsburq"
Saat 23:00, "Malmö" - "Sparta Praqa"
Saat 23:00, "Midtyulland" - "Slovan Bratislava"
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
3
oxu.az

10Mənbələr