AZ

Şəhər quşları antibiotiklərə davamlı bakteriyaların daşıyıcısına çevrilir - Alimlər

Planetin müxtəlif yerlərindən 30 quş növünün nəcis nümunələrinin təhlili göstərib ki, insanların yanında yaşayan vəhşi quşlar antibiotikə davamlı bakteriyaların daşıyıcısıdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” yazıb.

Tədqiqat komandası Kanada, Finlandiya, İtaliya, Litva, Yaponiya, İsveç, Böyük Britaniya və ABŞ-da 30 növ vəhşi quşdan alınan 700 quş nəcis nümunəsində tapılan bakteriyaların genomlarını təhlil edib. Onlar bağırsaq mikrobiomunun təbii hissəsi kimi quşlar arasında yayılmış bir bakteriya növü olan "Campylobacter jejuni"nin müxtəlif ştamlarını axtarıblar. Belə bakteriyalar qastroenteritlərin əsas səbəbidir - insanlarda ishal, ürəkbulanma, qusma, qarın ağrısı və digər simptomlarla müşayiət olunan mədə-bağırsaq traktının kəskin iltihabıdır.

Alimlər güman edirdilər ki, hər vəhşi quşda bir "Campylobacter jejuni" ştamı olacaq. Lakin təhlillər göstərib ki, şəhər mühitində peyda olan vəhşi quşlarda "Campylobacter jejuni"nin çoxlu ştammları var - insanlardan uzaqda yaşayanlardan əhəmiyyətli dərəcədə çoxdur. Bundan əlavə, şəhər növlərində tapılan ştammlarda antimikrob müqavimətinə səbəb olan təxminən üç dəfə çox gen var.

Müəlliflər bildirirlər ki, vəhşi quşlar bir neçə yolla antimikroblara davamlı bakteriyaları götürə bilər. Məsələn, qağayılar və qarğalar zibilliklərdə gizlənirlər. Ördək və qazlar isə onları kanalizasiya suları ilə çirklənmiş çay və göllərdən götürə bilirlər.

"Biz əsasən insanlarda infeksiyaların müalicəsində istifadə edilən antimikrob dərmanlara müqavimət göstərən genləri görürük", deyə Oksfordun İneos Antimikrob Tədqiqat İnstitutunun professoru, tədqiqatın həmmüəllifi Samuel Şeppard bildirib. 

Komanda heyəti bildirir ki, onların tapıntıları vacibdir, çünki vəhşi quşlar xeyli məsafə qət edə bilirlər. Dayanıqlı bakteriyaların şəhər quşlarından insanlara birbaşa ötürülməsi riski qeyri-müəyyən olaraq qalır. Tədqiqatçılar deyirlər ki, indiyə qədər əsas narahatlıq bu quşların insan istehlakı üçün nəzərdə tutulmuş digər çöl quşlarına antimikroblara davamlı bakteriyalar ötürə bilməsidir.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
1
qaynarinfo.az

10Mənbələr