AZ

İngiltərə millisinin keçmiş baş məşqçisi xərçəng xəstəliyindən dünyasını dəyişib

İngiltərə

London, 26 avqust, AZƏRTAC

İngiltərə millisinin keçmiş baş məşqçisi Sven-Yoran Eriksson 76 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, ötən il İsveçdəki evinin yaxınlığında qaçarkən insult keçirən Erikssona mədəaltı vəzi xərçəngi diaqnozu qoyulmuşdu. O, yanvar ayında yerli radiolardan birinə verdiyi müsahibədə ən yaxşı halda bir il ömrü qaldığını bildirmiş və avqustun 23-də yayımlanan sənədli filmində ictimaiyyətlə vidalaşmışdı.

Eriksson İngiltərə yığmasının ilk əcnəbi baş məşqçisi olub. O, 2001-2006-cı illərdə yığmanı 67 oyuna çıxarıb. Komanda onun zamanında iki dünya və bir Avropa çempionatında mübarizə aparıb. O, Devid Bekhem, Stiven Cerrard, Ueyn Runi, Frenk Lempard da daxil olmaqla “qızıl nəsil” adlanan oyunçulara rəhbərlik edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
40
azertag.az

10Mənbələr