AZ

Keşiş narkotik satdığı üçün həbs edildi

Avstriyada Katolik Kilsəsində kimliyi açıqlanmayan 38 yaşlı keşiş narkotik istehsal edib satdığı üçün həbs edilib.

"Cebheinfo.az" xəbər verir ki,  əslən Polşadan olan 38 yaşlı keşiş kilsənin ona verdiyi evdə metamfetamin laboratoriyası işlətdiyi üçün həbs edilib. 

Polis sorğusu zamanı cinayətini etiraf edən keşişin Avstriyada xidmət etməsi kilsə tərəfindən qadağan edilib.

Basqın zamanı 30 yaşlı İraq əsilli şəxs də ələ keçirilib. Həmin şəxsin narkotik vasitələrinin satışına məsul şəxs olduğu iddia edilib.

Varşava Baş Yeparxiyasından verilən açıqlamada Avstriyadakı katolik səlahiyyətlilərlə danışıqların davam etdiyi və lazımi addımların atılacağı bildirilib.

“The New York Post” qəzeti hadisənin məşhur "Breaking Bad" serialını xatırlatdığına diqqət çəkib.

Belə ki, 2008-ci ildə çəkilən Amerika serialında Bryan Cranston tərəfindən canlandırılan kimya müəllimi Valter Vhite ağciyər xərçəngi olduğunu öyrəndikdən sonra ailəsinə pul buraxmaq üçün metamfetamin istehsal etməyə başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
11
cebheinfo.az

10Mənbələr