AZ

Keşiş 650 min dollar ianəni estetik əməliyyatlara xərclədi

ABŞ-da 650 min dollarlıq ianəni estetika və dəbdəbəyə xərcləyən din xadiminə qarşı iddia qaldırılıb.

BAKU.WS ABŞ mediasına istinadən xəbər verir ki, Nyu Yorkda "Beyrutda xəstəxanalarım var" deyərək on minlərlə dollar ianə toplayan fransiskan keşişinin bu pulu dəbdəbəyə xərclədiyi ortaya çıxıb. Keşiş Beyrutda baş verən partlayışda yaralandığını deyib və Nyu-Yorkda dolaşaraq pul yığıb.

O, yığılan pulları cərrahiyyə əməliyyatlarına, dəbdəbəli restoranlara və çimərlik evləri ilə məşhur olan Hamptonlara səyahətə pul xərcləməkdə ittiham olunur.

Pavel 'Paul' Bielekkiyə qarşı doqquz il ərzində ianə yolu ilə topladığı 650 min dolları bu şəkildə xərclədiyinə görə ittihamnamə hazırlanıb. Günahı sübuta yetirilərsə, Pastor Paulu 40 il həbs cəzası gözləyir.

Qeyd edək ki, o, plastik əməliyyat üçün 15 min dollar xərcləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
11
baku.ws

10Mənbələr