AZ

Deputat olmaq istəyən yaşlı namizədlər: 86 yaş...

Xəbər verdiyimiz kimi, növbədənkənar parlament seçkilərində iştirak üçün 1052 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, 125 seçki dairəsi üzrə mübarizə aparacaq namizədlər arasında yaşlı şəxslər də var. Ən yaşlı namizəd 1938-ci il təvəllüdlü Oqtay Qəmbər oğlu Zeynalovdur. Onun 86 yaşı var. Digər yaşlı namizədlərdən 1-nin 84, 1-nin 79, 1-nin 78, 1-nin 77, 2-nin 76, 3-nün isə 75 yaşı var. Yaşlı namizədlərin bir neçəsi hazırda deputatdır.

Qeyd edək ki, Prezident İlham Əliyev sərəncamına əsasən, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
15
buta.tv

10Mənbələr